Rusiyada karantin qaydalarını pozanlara 7 İLLİK HƏBS CƏZASI
    • 1-04-2020, 23:59
    • 940

Rusiyada karantin qaydalarını pozanlara 7 İLLİK HƏBS CƏZASI

Rusiya Prezidenti Vladimir Putin karantin rejimi daxil olmaqla, sanitariya-epidemioloji qaydaların pozulmasına görə cinayət məsuliyyətini artıran qanuna imzalayıb.

News24.az xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq qanun rəsmi saytda dərc olunub. 

Bununla da karantin qaydalarını pozaraq və ya  səhlənkarlıq edərək  insanların kütləvi yoluxmasına səbəb olanlar 1 milyon rubla qədər cərimə və ya  üç ilə qədər həbs cəzası ilə cəzalandırılacaq.

 Ehtiyatsızlıüdan bir şəxsin ölümünə  səbəb olarsa və ya insanlara kütləvi xəstəlik təhlükəsi yaradılarsa o zaman cərimə 2 milyon rubla qədər olacaq. Həmçinin azadlıqdan məhrumetmə müddəti - 5 ilədəkdir. Əgər ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olarsa, cinayətkar yeddi ilədək azadlıqdan məhrum edilir.