Tramp neftdən danışdı - QİYMƏT QALXDI
    • 2-04-2020, 23:03
    • 1 102

Tramp neftdən danışdı - QİYMƏT QALXDI

ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı və Rusiya Federasiyasının neft hasilatını azaldacağına ümid etdiyini bildirdikdən sonra neftin qiyməti artıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 23,77% artaraq 30,62 dollar olub. WTI markalı neftin may fyuçersləri isə 26.14% artımla 25.62 dollara yüksəlib.

Qeyd edək ki, bu gün "Brent" markalı neftin maksimal qiyməti 40% artaraq bir barreli 35.99 dollar səviyyəsinə qalxıb.