-
- 4-04-2020, 12:02
- 615
Türkiyədə bir gündə 69 ölüm - 1251- NƏFƏR REANİMASİYADADIR
Dünya koronavirusla mübarizə aparır. Epidemiya səbəbi ilə hər gün ölənlərin sayı artmaqda davam edir.
News24.az-ın məlumatına hörə, Türkiyədə son gün ərzində 69 nəfər epidemiya səbəbilə həyatını itirib.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın sözlərinə görə, vəfat edənlərin sayı 425-ə çatıb: "Müalicəsini davam etdirən xəstələrin 1251-i reanimasiyadadır. Onlardan 867 nəfəri respiratora bağlıdır. Xəstələrimizdən 484 nəfəri sağaldılıb və evlərinə buraxılıb. Ölkədə virusa yoluxanların ümumi sayı 20 921 nəfərdir".
Qeyd edək ki, dünyada 1 milyon 99389 nəfər virusa yoluxub. 60 minə yaxın insan vəfat edib.