Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama
    • 5-04-2020, 00:37
    • 1 242

Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama

Sabahdan etibarən ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşların SMS-lə icazə alıb yaşayış yerini tərk etmələri ilə bağlı məsələlərdən biri də yaxın qohumunun dəfnində iştirakla bağlıdır.

Bəs, dəfnində iştiraka verilən yaxın qohumlar hansılardır?
DİN-dən verilən məlumata görə,  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19-cu maddəsinə əsasən, yaxın qohumlar anlayışına nənələr, babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı-qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilib. /"Qafqazinfo"/