Ermənistanda koronavirus xəstələrinin sayı 822-yə çatdı
    • 5-04-2020, 11:23
    • 893

Ermənistanda koronavirus xəstələrinin sayı 822-yə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin saytında məlumat verilib. Qeyd edilib ki, son bir gündə Ermənistanda koronavirus infeksiyası hallarının sayı 52 nəfər artaraq 822-yə çatıb.

Ermənistanda virusdan ölənlərin sayı 7, sağalanları isə 57-dir. 720 xəstənin isə müalicə aldığı bildirilib.