Türkiyə vətəndaşı evlənmək üçün Qazaxa gəldi - GERİ QAYIDA BİLMİR - FOTO
    • 6-04-2020, 12:20
    • 622

Türkiyə vətəndaşı evlənmək üçün Qazaxa gəldi - GERİ QAYIDA BİLMİR - FOTO

Gəlin gətirmək üçün Ardahandan Azərbaycana gələn Türkay Türköz, dayısı oğlu Murat Türköz və həyat yoldaşı Aybəniz Türköz koronavirus səbəbiylə geri dönə bilməyiblər.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, 11 mart tarixində Qazax rayonuna gələn Türköz ailəsi burada toy edib. T.Türköz Şahnisa adlı xanımla ailə qurub. 

Toydan sonra 13 martda Türkiyəyə qayıtmaq istəyən ailənin istəyi baş tutmayıb. Sərhədlərin bağlanması səbəbi ilə Türköz ailəsi Qazaxa geri dönüblər. 

Türkay Türközün valideynləri övladlarının və gəlinin Türkiyəyə gətirilməsi üçün ölkə rəhbərliyinə müraciət ediblər.