-
- 6-04-2020, 13:40
- 812
Bu preparatın koronavirusa qarşı effektivliyi SÜBUT OLUNDU
Avstraliyalı alimlərin “Antiviral Research” jurnalında dərc etdirdikləri tədqiqat işində ekspertlər “İvermektin” preparatının hüceyrələrdə SARS-cov-2 virusunun artımını 48 saat ərzində dayandırdığı barədə məlumat veriblər.
News24.az AMEA-nın saytına istinadən xəbər verir ki, “İvermektin” virusların geniş spektrinə qarşı öz effektivliyini sübut etmiş parazit əleyhinə preparatdır. Alimlər bildirib ki, sınaqlar hələlik “in vitro” (sınaq şüşəsində təcrübələrin aparılması) həyata keçirilir. Buna görə də insanlar üzərində ilk tədqiqatlar aparılmalıdır. İşin müəlliflərinin sözlərinə görə, insanlar üçün mümkün dozanın koronavirusaya qarşı effektiv olub-olmayacağı aydınlaşdırılmalıdır.
naukatv.ru saytının məlumatına görə, “İvermektin”in köməyi ilə virusa təsir edən mexanizm hələlik məlum deyil. Lakin onun digər viruslara təsirinə əsaslanaraq alimlər güman edirlər ki, preparat patogenin hüceyrə nüvəsinə daxil olduğu virus zülallarını bloklayır.
Avstraliyalı mütəxəssislər komandası artıq 10 ildən çoxdur ki, müxtəlif viruslarla mübarizədə “İvermektin”in effektivliyini tədqiq edirlər. COVID-19 ilə mübarizədə bu preparatın tətbiqi kliniki sınaqların nəticələrindən asılı olacaq.