Bu ölkədə sərnişin nəqliyyatının hərəkəti QADAĞAN EDİLDİ
    • 6-04-2020, 18:03
    • 685

Bu ölkədə sərnişin nəqliyyatının hərəkəti QADAĞAN EDİLDİ

Keniyada sərnişin nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkənin dörd rayonunda  koronavirus infeksiyası hallarının aşkarlanmasıdır. Bildirilib ki, yollarda, eləcə də dəmir yolu və ya hava ilə bütün nəqliyyatın hərəkəti dayandırılır:"Bundan əlavə, Nairobi, Mombasa, Kilifi və Kval bölgələrinə edilən bütün səfərlərə qadağa qoyulur və bu bölgələri 21 günə tərk etmək qadağan edilir".

O qeyd edilib ki, yuxarıda adı çəkilən rayonlarda sərnişinlərin daşınmasında iştirak etməmək şərti ilə velosipedlərin, mopedlərin və motosikletlərin hərəkətinə icazə verilir.

Sərnişin olmayan nəqliyyat vasitələrinin, dəmiryol vaqonlarının və təyyarələrinin hərəkətinə də icazə verilib.