Bakıda sms-icazəli GÜN - VİDEOREPORTAJ - FOTOLAR
    • 6-04-2020, 21:07
    • 1 310

Bakıda sms-icazəli GÜN - VİDEOREPORTAJ - FOTOLAR

Artıq bir neçə gündür ölkədə hərəkətə məhdudiyyət qoyulub. Çölə çıxmaq istəyən vətəndaşlar yalnız 8103-ə mesaj göndərməklə icazəni ala bilərlər. 

News24.az xəbər verir ki, bütün deyilənlərə əməl edən sakinlərlə yanaşı qaydaları pozan vətəndaşlara da rast gəldik.

Nərimanov rayonu Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polis kapitanı Elçin Mirzənin sözlərinə görə, bütün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar: “Əgər hər hansısa inzibatı xəta aşkar olunsa, yəni vətəndaş şəxsi arayışından sui-istifadə etsə, onun barəsində protokol tərtib olunur. Məsələn, vətəndaşın arayış vaxtı bitmişdirsə və yaxud da, saxtadırsa, dərhal cəzalandırılır. Cərimə 100-200 manat civarında dəyişir. İstisna hallarda vətəndaşın şəxsiyyəti nəzərə alınaraq, cəza bir ay həbs də ola bilər”.

Son olaraq onu qeyd edək ki, sağlam qalmaq bizim öz əlimizdədir. Çalışaq ki, yalnız zəruri hallarda çölə çıxaq. 

Sevda Bayramova
VİDEO: Fərid Şabanov