Nura Suridən "zapret"
    • 9-07-2018, 12:53
    • 1 271

Nura Suridən "zapret"

Müğənni Nura Suri maqazin verilişlərinə qadağa qoyduğunu bildirib. 

Buna səbəb isə "Xəzər maqazin" verilişində həmkarı Roza Zərgərli ilə kitav və övladlığa uşaq götürməyə görə yaşanan qalmaqal olub. 

İfaçı şəxsi instagram hesabında bunları yazıb:

"Bundan sonra bütün maqazin verilişlərinə "zapret" qoyuram. Onlara müsahibə verməyəcəm. Əgər özüm yoxamsa, belə verilişlərdə adım da hallanmasın.

Təzə dəb düşüb. Gündəmə gəlmək istəyən kiməsə söz atır.

Hər yerindən duran adımı hallandırıb reklam olunmasın. Sözü ümumi deyirəm və ad çəkmirəm, yiyəsi götürür. Əgər kimsə anında reaksiya verirsə, deməli deyilənlər ünvanına çatıb.

İllərlə efir üzünə həsrət qalanlar, kamera görən kimi, özlərini yekə-yekə aparırlar. Elə bil alçaq dağları bunlar yaradıb. Sözdə hamı özünü kosmonavt, balerina və.s görə bilər. Amma xəstəxanalarda o qədər Napoleon, Nefertiti var ki... "

Teymur Məmmədov