DMX əcnəbilərə SƏSLƏNDİ - VİDEOÇARX
    • 7-04-2020, 15:09
    • 646

DMX əcnəbilərə SƏSLƏNDİ - VİDEOÇARX

Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə yaşayış yerini tərk edərkən icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə göndərməli olan müvafiq sənəd nömrəsini rahat əldə edə bilmələri üçün video təlimat hazırlanıb.

Qurumdan News24.az-a verilən məlumata görə, əcnəbilər video təlimatla tanış olduqdan sonra sənəd nömrələrini daha rahat ələdə edə biləcəklər. 

Aşağıdakı linklərdə video təlimat azərbaycan, rus (titrlərlə) və ingilis (titrlərlə) variantlarında yerləşdirilib. 
Suallarınız yaranacağı halda 24 saat fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı mərkəzilə əlaqə saxlaya bilərsiniz.

1.    Azərbaycan dilində:  https://youtu.be/VX8z7K8b7zA
2.    Rus dili titrləri ilə :      https://youtu.be/dvwyzCxmDt0
3.    İngilis dili titrləri ilə: https://youtu.be/IQXN1NK8qmU