İşsizlərin qeydiyyatı üçün elektron qaydada müraciət günlərinin qrafiki AÇIQLANDI
    • 7-04-2020, 17:40
    • 1 350

İşsizlərin qeydiyyatı üçün elektron qaydada müraciət günlərinin qrafiki AÇIQLANDI

Birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlanıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumat görə,  işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini  http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.
http://sosial.gov.az/post/3320 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.