-
- 7-04-2020, 18:07
- 684
"Haqqı çatan hər kəs ödəməni alacaq"- Sahil Babayev
Ailənin bir üzvü əməkhaqqı alırsa, digər ailə üzvlərinə yardım edilməyəcək”.
News24.az-ın verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, son günlər işsizliklə bağlı müavinət almaq üçün hazırda işləyən sahibkarlar da müraciət edir: “Müraciətlərin 60 faizi bunları əhatə edir. Bu da bizim işimizi, prosesi ləngidir. Tələbələr, hərbçilər, adına pay torpağı olanlar işsiz hesab edilmir. Biz istənilən müraciəti elektron qaydada yoxlayırıq. Artıq 10 mindən artıq müraciət emal edilib”.
S.Babayev onu da bildirib ki, hazırda ödəmənin alınması ilə bağlı sistem hazırlanır:
“Baxmayaraq ki, geniş serverlər yaradılıb. Müraciətlərin çoxluğundan sistemdə problem yaranıb. Artıq günlərə bölünüb, vətəndaşlar narahat olmasınlar. Haqqı çatan hər kəs ödəməni alacaq”.