-
- 8-04-2020, 12:42
- 689
Ruhani BVF-dan 5 milyard dollar istədi- KORONAVİRUSA GÖRƏ
İran prezidenti Həsən Ruhani, Beynəlxalq Valyuta Fondunu (BVF) Tehrana koronavirusla mübarizə üçün 5 milyard dollar yardım göstərməyə çağırıb.
News24.az xariciKİV-ə istinadən xəbər verir ki, İran hakimiyyəti martın ortalarında oxşar tələblə BVF-yə müraciət etsə də hələ də müsbət cavab almayıb. ABŞ-ın isə İrana tələb olunan məbləğin verilməsinin qarşısını almaq niyyətində olduğu bildirilir.
H.Ruhani bildirib ki, İran BVF və Dünya Bankının üzvüdür: "Payımızı ödəyirik, (valyuta) ehtiyatlarımızın bir hissəsi onlardadır. Bəlkə də son 50 ildə onlardan heçnə istəməmişik. Amma, onlar bu çətin şərtlərdə öz vəzifələrini yerinə yetirmək istəmirlərsə, dünyada bu haqda fərqli fikirlər formalaşacaq”.
Prezident İran televiziyasında yayımlanan çıxışında, ABŞ-ın beynəlxalq sağlamlıq konvensiyasını pozduğunu söyləyərək ABŞ-ı iqtisadi və tibbi terrorizmdə də günahlandırıb.