Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var - Nazirlər Kabineti
    • 8-04-2020, 18:23
    • 900

Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var - Nazirlər Kabineti

"Azərbaycan Respublikasında ərzaq təminatı ilə bağlı zəruri addımlar atılıb”. 

News24.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Yanvar ayından bütün sahələrdə olduğu kimi, ərzaq tədarükü və təminatı ilə bağlı bütün tədbirlər görülüb. 

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə əlavə edib ki, bu gün Azərbaycanda 3 aylıq ərzaq təminatı var: “Hətta 6 aylıq ərzaq tədarükü də demək olar. Digər iqtisadi itkiləri də dövlət öz üzərinə götürəcək”.