İtaliyanın ən gənc koronavirus xəstəsi sağaldı - 2 YAŞI VAR
    • 9-04-2020, 13:57
    • 985

İtaliyanın ən gənc koronavirus xəstəsi sağaldı - 2 YAŞI VAR

İtaliyada 2 yaşlı uşaq koronavirusdan sağalıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Uşaq martın 18-də anası ilə birlikdə COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxt bəlli olub ki, qadında pnevmoniya inkişafı edir. Həkimlər ananı uşaqdan ayırmadan  hər iki xəstəni müalicə ediblər. 

Bir neçə gün sonra körpənin öskürəyi dayanıb, temperaturu aşağı düşüb. Anası isə iltihabın öhdəsindən gələ bilib. İki koronavirus testindən sonra nəticələr mənfi olub.

Qeyd edək ki, bu, 2 yaşlı uşaq İtaliyada koronavirusa yoluxan ən gənc xəstə olub.