Heydər Əliyev Mərkəzindən Rusiyaya HƏMRƏYLİK MESAJI
    • 9-04-2020, 22:28
    • 866

Heydər Əliyev Mərkəzindən Rusiyaya HƏMRƏYLİK MESAJI

Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.

Bu barədə News24.az-a Mərkəzdən bildiriblər.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.