Bakıda güclü yanğın - VİDEO
    • 21-09-2018, 12:13
    • 935

Bakıda güclü yanğın - VİDEO

Bu dəqiqələrdə Bakıda böyük yanğın hadisəsi baş verib. Paytaxtın Süleyman Əhmədov küçəsində, Xəzər TV-nin qonşuluğunda yerləşən "Xəzər" kafesində güclü yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğının söndürülməsi üçün  gərgin iş gedir.

Xatırladaq ki, həmin ərazidə neft çənləri və boruları  avtomobil təmiri sexləri yerləşdiyi üçün yanğın böyük fəsadlara səbəb ola bilər.