-
- 21-09-2018, 12:55
- 1 296
"İphone 8" sevdası iş adamı Elçinin sonu oldu - Həmin gecə yoxa çıxdı
1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlunun anası övladının tapılmasında kömək üçün "Səni axtarıram"a üz tutub.
Qadın oğlunun telefon biznesi olduğunu, sonuncu dəfə keçən il "İphone 8" modelini Bakıya gətirmək üçün getdiyi Dubayda yoxa çıxdığını bildirib.
"Oğlum 2017-ci ilin sentyabrın 3-ü Dubaya getdi, oktyabrın 3-ü qayıtmalı idi. 24-ü mən ona pul aparıb, yanına getdim. "İphone 8" çıxırdı. 36 min dollar pul apardım qızımla ona. Elçin hər il "İphone"un yeni modeli çıxanda elə pul aparırdı. 27-si günü gecə 2 saat danışdım. Dedi "mama, pulları götürmüşəm, ayın 3-ü gəlirəm. O, Dubayda bir qadına paltarını yumağa vermişdi. Dedi "Gedim paltarımı gətirim, gəlirəm".
Onlar da azərbaycanlıdırlar. Gedib, çörək yeyib. Oğlumun yanına 15 gün idi ki (sentyabrın 13-ündən) , Teymur Vəzirov adında oğlan gəlmişdi. Teymur həmin vaxt Elçinə tez-tez zəng edib, tez evə gəl deyirmiş. Elə həmin gecədən Elçin yoxa çıxdı".
//Milli.az