-
- 11-04-2020, 13:51
- 1 579
Zəncəfil və sarımsağın qiyməti NƏZARƏTƏ GÖTÜRÜLDÜ
Dövlətin süni qiymət artımı ilə bağlı apardığı tədbirlər ös nəticəsini verib.
News24.az-ın xəbərinə görə, artıq sarımsaq və zəncəfilin qiyməti nəzarətə götürülüb. Belə ki, bu gün marketlərdə və bazarlarda sarımsaq və zəncəfilin qiyməti xeyli aşağı düşüb. Hazırda sarımsağın 1 kq-ı 0.99 AZN, zəncəfilin 1 kq-ı isə 5.99 AZN təşkil edib.
Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasına yoluxmaq təhlükəsi yaranandan sonra sarımsaq, zəncəfil, istiot və bəzi digər məhsullara tələbat artıb. Bu məhsullara tələbatın artması qiymətlərin də artması ilə müşahidə olunub. Ötən həftə sarımsağın qiyməti 7 manat, zəncəfilin 1 kq-ı isə 45 manatadək qalxmışdı.
Afaq Mirayiq