Qarabağ qazisi, yoxsa dilənçi? - Bu foto hamını kövrəltdi...
    • 9-07-2018, 14:07
    • 963

Qarabağ qazisi, yoxsa dilənçi? - Bu foto hamını kövrəltdi...

Dünən “20 Yanvar” metro stansiyasının yaxınlığında çəkilmiş, protezlərini çıxarıb kənara qoymuş bir şəxsin təsvir olunduğu foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qəzet köşkünün arxasında çəkilmiş şəklin qısa müddətdə sürətlə yayılmasına səbəb isə həmin şəxsin Qarabağ qazisi olma iddialarıdır. Eyni zamanda fotonu paylaşıb, ona şərh bildirənlər arasında bu şəxsin qazi yox, dilənçi olduğunu deyənlər də az deyil. 
Fotonun müəllifi jurnalist Əziz Əlibəyli qeyd edib ki, ona bu barədə məlumatı ətrafdakı vətəndaşlar verib. Bildiriblər ki, metroda xidmət edən polis əməkdaşı onu gün ərzində üç - dörd dəfə dikəltsə də, o, yenə yerə yıxılır.

 Ətrafdakı işçilər fotoda təsvir olunan vətəndaşın dilənçi olduğunu təsdiq etməyiblər:
“Həmin şəxsi həmişə burada görmürük. Son 3-4 gündə gəlir, protezlərini çıxarıb otururdu. Nə dilənirdi, nə bir şey. Dünən günorta yolda yıxıldı, təcili yardım çağırdıq, apardılar”.

 Səhiyyə Nazirliyi  hazırda məsələ ilə bağlı araşdırma aparıldığını və qısa müddətə həmin şəxsin kimliyi ilə bağlı məlumat veriləcəyini bildirib.