Qırıcı təyyarə qəzaya uğradı 2 ÖLÜ
    • 13-04-2020, 11:49
    • 1 157

Qırıcı təyyarə qəzaya uğradı 2 ÖLÜ

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Pəncabın şərq əyalətində təlim uçuşu zamanı qəzaya uğrayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı təlimatçı və pilot ölüb. Bildirilib ki, qırıcı təyyarə tarlaya düşüb və həmin an dağıntı və sakinlər arasında ölüm halı olmayıb. 

Qəzaya uğrayan təyyarənin növü barədə məlumat verilməyib. Hadisəni araşdırmaq üçün komissiya yaradılacaq.