-
- 13-04-2020, 17:00
- 969
Qənirə Paşayevanın təşəbbüsü ilə “Evdə qal, kitab oxu” AKSİYASI KEÇİRİLDİ
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, yazar Qənirə Paşayevanın rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Tovuz Gənclər Evi ilə birgə “Evdə qal, kitab oxu”aksiyası həyata keçirib.
News24.az xəbər verir ki, aksiya çərçivəsində 70 nəfər gəncə və o cümlədən rayonda fəaliyyət göstərən Gənclər evinin 60 nəfər könüllüsünə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib. Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır.
Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir.