Bakıda yeni doğulmuş uşaqda və anasında KORONAVİRUS AŞKARLANDI
    • 14-04-2020, 00:24
    • 794

Bakıda yeni doğulmuş uşaqda və anasında KORONAVİRUS AŞKARLANDI

Təcili yardım briqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

Bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Baş həkimin sözlərinə görə, hazırda həmin qadın və uşaq müalicə alır.

Rauf Nağıyev qeyd edib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər. /Xəzərxəbər/