BƏƏ-də rekord - SUTKADA KORONAVİRUSA 398 YOLUXMA
    • 14-04-2020, 01:02
    • 756

BƏƏ-də rekord - SUTKADA KORONAVİRUSA 398 YOLUXMA

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti son 24 saat ərzində ölkədə rekord sayda koronavirusa yoluxma hadisəsinin qeydə alındığını bildirib.

News24.az RİA-ya istinadən xəbər verir ki, Səhiyyə və Profilaktika Nazirliyi daha 398 nəfərin yoluxması ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, BƏƏ-də xəstələrin ümumi sayı 4521 nəfərdir. 852 xəstə isə sağalıb.