-
- 15-04-2020, 01:04
- 770
"Sizin tapşırığınızla əlavə 125 kombaynın alınması planlaşdırılır" - İnam Kərimov
"Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir".
News24.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.
Nazir bildirib ki, taxıl biçininə hazırlıq işləri davam etdirilir: "Hazırda respublikada 1700-dən çox taxılbiçən kombayn var. “Aqrolizinq” ASC-nin rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, Sizin tapşırığınızla əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur. Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib".