Azərbaycanda daha bir tibb işçisi KORONAVİRUSA YOLUXDU
    • 15-04-2020, 18:48
    • 1 045

Azərbaycanda daha bir tibb işçisi KORONAVİRUSA YOLUXDU

"Dünən bir tibb bacısı koronavirusa yoluxub. Heç bir xəstəxanada kütləvi yoluxma baş verməyib". 

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

Onun sözlərinə görə, COVİD-19 xəstələrinin müalicə alındığı xəstəxanalarda həkimlər qorunmağa diqqət göstərirlər :"Yoluxma poliknikalarda və ya ambulator sahələrdə qeydə alınır. Çünki qoruyucu vasitələrdən yaxşı istifadə edilmir. Bundan əlavə, xəstəxanaların içərisinə infeksiyanın gətirilməsi məsələsi var. Məsələn, dünən tibb müəssəiələrinin birinin təsərrüfat bacısı yoluxub. Doğrudur, həmin xəstəxana içərisində yoluxma yoxdur. Tibb bacısı virusu ailədən gətirib. Yəni onum epidemioloji analizi də bunu təsdiq edib. Bu çox təhlükəli vəziyyətdir".

R.Bayramlı deyib ki, koronavirusa yoluxan həkimlərlə bağlı statistika var, açıqlama olacaq:"Bir tibb müəssisəsində 6 nəfər virusa yoluxmuşdu. Hazırda həmin həkimlər sağalıblar. Cəlilabadda isə həkimlər arasında bir və ya iki yoluxma qeydə alınmışdı. 

Afaq Mirayiq