-
- 21-09-2018, 19:07
- 1 602
Nazilədən jurnalistə: "Sizə təcavüz edim?" - VİDEO
Xəbər verdiyimiz kimi, ARB TV-də jurnalist İsa Şükürovun aparıcılığı ilə "Show News" adlı veriliş başlayıb.
Yerli və xarici şou-biznes xəbərlərinin yer aldığı proqramın ilk bölümündə maraqlı süjetlər yayımlanıb.
Diqqət çəkən məqamlardan biri isə aparıcının küsülü olduğu şairə Nazilə Səfərli haqda xəbər yayımlaması olub.
Belə ki, bir müddət öncə Xoşqədəm Başəliyev və N.Səfərli arasında baş verən qalmaqala İsa Şükürov da qoşulmuşdu. Daha sonra X.Bəxşəliyevdən üzr istəyən jurnalist şairə ilə məhkəməlik olub.
Süjetdə Nazilə Səfərli İ.Şükürovu bağışlamayacağını bildirib:
"Məsələnin necə bitəcəyini sonda görərik. Mən İsanı bağışlamayacağam. Deyək ki, mənim adımdan istifadə edib yazı yazıb. Qarşı tərəfdən üzr istəyib, məndən üzr istəmir. Düz edib? Mən burada hədik qarolçusuyam? Adımdan yazmısan? indi gəl sübut et.
İsanın "İ" hərfi gələndə beynimin qapağı atır. Özü də qəsdən şərh yazır mənə. Ayıbdır!"
Şairə daha sonra müxbirə əlində tutduğu şəmsiyyəni göstərərək "Bunun tərsi ilə tutuzduracam sənə, ağlın başına gələcək. İstəyirsiniz ki, sizə təcavüz edim? Sonra məhkəməyə verib 200 min təzminat tələb edəsiniz?" sözlərini deyib.
Teymur Məmmədov