Naxçıvanın Ekologiya Nazirliyinin əsasnaməsi TƏSDİQLƏNDİ
    • 17-04-2020, 19:08
    • 870

Naxçıvanın Ekologiya Nazirliyinin əsasnaməsi TƏSDİQLƏNDİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Newss24.az xəbər verir ki, fərmanla “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).
Eyni zamanda sənədlə “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 oktyabr tarixli 39-II FR nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Muxtar Respublika ərazisində və Araz çayı və su anbarının Muxtar Respublikaya aid olan hissəsində bioloji sərvətlərdən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Muxtar Respublikada yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi, bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ov yerlərinin və ov obyektlərinin mühafizəsi, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.