Kanadada insident: Silahlı şəxs 16 nəfəri qətlə yetirdi
    • 20-04-2020, 09:15
    • 578

Kanadada insident: Silahlı şəxs 16 nəfəri qətlə yetirdi

Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

News24.az ria.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə CBC NEWS məlumat yayıb.

Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.

O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.