"O sözdən sonra ağlamağa utandım"  -  Nailə Mirməmmədli OĞLUNUN ÖLÜMÜ HAQDA
    • 20-04-2020, 12:29
    • 2 016

"O sözdən sonra ağlamağa utandım" - Nailə Mirməmmədli OĞLUNUN ÖLÜMÜ HAQDA

"Heç düşmənimə də övlad itkisi yaşamağı arzu eləmərəm. Çəkiləcək dərd deyil, çox dəhşətli acıdır. Allahıma şükr edirəm ki, heç olmasa oğlumu müsəlman kimi torpağa tapşırdım. Balam 16 yaşına bir həftə qalmış dünyasını dəyişdi".

News24.az xəbər verir ki, bu sözləri bəstəkar Nailə Mirməmmədli ARB Televiziyasında yayımlanan "Səhər-səhər" verilişində deyib. O, bildirib ki, övladının ölüm xəbərini xəstəxanada eşidib: "Mən evdə tələbəmə dərs keçirdim. Oğlum pişiyi çox sevirdi. Bir də gördüm ki, pişik yanıma gəldi və bərk səs çıxardı. Qəribə hərəkətlər edirdi. Həmin anda da yoldaşıma zəng gəldi, gördüm ki, narahat oldu və evdən getdi. Daha sonra yoldaşım xəstəxanadan mənə zəng elədi ki, qorxma, uşaq dənizdə çoxlu su udub, xəstəxanadadı. Mən də getdim xəstəxanaya və orada bildim ki, oğlum həyatını itirib, dənizdə boğulub. Bizdən dənizə getmək üçün icazə istəmişdi, vermədik. Dedik ki, bir həftə sonra ad günündü. Ad günündə gedərik. Onu itirəndə çox insanlar mənə təsəlli sözlər dedi. Amma bir qadının dediyi söz məni ayıltdı. Dedi ki, biz şəhidlər vermişik, sənin ağlamağa ixtiyarın var? O sözdən sonra ağlamağa utandım".

Sevda Bayramova