-
- 21-04-2020, 01:22
- 1 247
Dünyada pandemiya qurbanlarının sayı 157,8 mini ötdü - ÜST
Son bir gündə dünyada koronavirusa yoluxanların sayı daha 72 min nəfər artıb.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.\
Qeyd edilir ki, bununla da dünyada koronavirusa yoluxanların sayı 2 314 621 nəfərə, pandemiya qurbanlarının sayı 157 847 nəfərə çatıb.
Dünyada son bir gündə koronavirusdan ölənlərin sayı 5 296 nəfər artıb.
Ən çox yoluxmalar və ölüm halları Avropada müşahidə olunur. Köhnə qitədə ümumilikdə virusa 1 149 071 yoluxma və 103 586 ölüm qeydə alınıb. Qitə ölkələrində bir gün ərzində virusa yoluxanların sayı 26 882 təşkil edib, 2 648 ölüm qeydə alınıb.
Şimali və Cənubi Amerikada koronavirusa ümumilikdə 858 631 insan yoluxub, 40 615 nəfər ölüb. Lakin bu region gün ərzində virusa yoluxanların sayına görə Avropanı üstələyib. Belə ki, son sutkada həmin qitədə 36 771 COVID-19-a yoluxma halı qeydə alınıb. Son 24 saatda Şimali və Cənubi Amerika ölkələrində 2 357 nəfər pandemiyanın qurbanı olub.