Akif Çovdarov azadlıqda - FOTO
    • 22-04-2020, 11:06
    • 1 219

Akif Çovdarov azadlıqda - FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlıqdakı görüntüsü yayılıb.

News24.az xəbər verir ki, Report-un əldə etdiyi foto ötən gün çəkilib.

Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan A.Çovdarov iki həftəlik karantin müddətindən sonra aprelin 21-də doğmalarına qovuşub. O, ötən gün vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovla görüşərək birgə foto çəkdirib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

Xatırladaq ki, A.Çovdarov Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub.