Tıxacda gedən sürücü "radar"a düşdü: DYP -nin qanunsuz cərimələrindən daha biri- VİDEO
    • 9-07-2018, 16:26
    • 1 826

Tıxacda gedən sürücü "radar"a düşdü: DYP -nin qanunsuz cərimələrindən daha biri- VİDEO

Bakıda qəribə hadisə yaşanıb. 

 Nazim Ələkbərov adlı sürücü bildirib ki, tıxacda getdiyi halda ona radar gəlib.
 
Sürücü iddia edir ki, Dövlət Yol Polisinin bu cəzası qanunsuzdur: "Bakı - Quba yolunun 7.4 kilometrliyində, 20 yanvar yaxınlığında tıxacda yol gedirdim. Mənim idarə etdiyim 90-CA-171 seriyalı Mercedes - 190 avtomobilinə DYP-dən cərimə gəlib. Onlar iddia edir ki, guya mən yol hərəkətinin və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişəm. Əslində, isə mən o yolda istəsəm də, qaydanı poza bilməzdim. Çünki orada tıxac idi və manevr etmək mümkünsüz idi".
 
Nazim Ələkbərov deyib ki, pozmadığı qaydaya görə 40 AZN cərimələnib. 
 
Sürücü həmin görüntüləri də  təqdim edib.
 
Görüntülərdən də məlum olur ki, Mercedes-190 qaydaları pozmur. Həmin qaydanı taksi sürücüsü pozur. 
 
Həmin videonu təqdim edirik:

// Azxeber.com