Birinci vitse-prezidentdən RAMAZAN TƏBRİKİ
    • 25-04-2020, 17:30
    • 949

Birinci vitse-prezidentdən RAMAZAN TƏBRİKİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

News24.az-ın xəbərinə görə, Birinci vitse-prezidentin "Instagram" akkauntunda yer alan paylaşımda deyilir: 
"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah