-
- 27-04-2020, 11:28
- 714
Xəzər rayonunda son üç ayda 18 kilometr yol TƏMİR EDİLİB - FOTO
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, imzalanan sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.
Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Bu Mərdəkan qəsəbəsi üzrə ümumi uzunluğu 1.2 km olan Yesenin küçəsi 1-ci dalanda, Muxtar Hüseynov küçəsində və Baba Əliyev küçəsinin dalan və döngələrində, Qala qəsəbəsi üzrə ümumi uzunluğu 7.9 km olan 323 N-li məktəbin yolunda, Qala kənd yolunda və “Çörək zavodu”nun yolunda, Şüvəlan qəsəbəsi üzrə uzunluğu 3.7 km olan “Talışlar məhəlləsi” adlanan ərazinin yolunda, Binə qəsəbəsi üzrə ümumi uzunluğu 1.3 km olan İ.Əhmədov (parkın ətraf ərazisi) və Babək küçələrində, Buzovna qəsəbəsi üzrə uzunluğu 1.3 km olan Müslüm Maqomayev küçəsində, Türkan qəsəbəsi üzrə uzunluğu 1.7 km olan “Üzümçülük sovxozu” adlanan ərazinin əsas küçəsində, Şağan qəsəbəsi üzrə isə uzunluğu 0.9 km olan Nüsrət Məmmədov küçəsində yenidənqurma işləri həyata keçirilib.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan daha 34.4 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Binə qəsəbəsində 4.25 km uzunluğa malik Hüseyn Cavid, Cəfər Cabbarlı, Nəsimi, Bünyadzadə və Babək küçələrində, həmçinin 5.22 km-lik Hövsan Südçülük sovxozunun, 7.5 km-lik Atçılıq və Bolluq yaşayış məntəqələrinin, 5.15 km-lik Köhnə kənd və Donuzkökəltmə sovxoz ərazilərinin yollarında, bundan başqa 5.43 km-lik “Şuşa” şəhərciyinin daxili yollarında, Türkan qəsəbəsində ümumi uzunluğu 4.5 km olan Bağlar məscidinin yolunda və Poçt küçəsində, Zirə qəsəbəsində isə ümumi uzunluğu 2.05 km olan Yeni sahə-1 və Zirə qəsəbəsinə gedən yollarda, həmçinin 0.3 km-lik Nadir Hüseynov küçəsində yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Artıq sözügedən layihə çərçivəsində Zirə qəsəbəsində təmir-tikinti işlərinə start verilib. Qəsəbə ərazisində tədbirlər planına uyğun olaraq hazırda təmiri nəzərdə tutulmuş yollar boyu torpaq işləri həyata keçirilir. Növbəti mərhələ üzrə yaxın günlərdə asfaltlanma işlərinə başlanılacaq.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında əsaslı təmiri nəzərdə tutulan rayon üzrə adı çəkilən digər qəsəbələrinin ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 km uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib.