BNA yol və nəqliyyat təhlükəsizliyinin idarəetmə sistemini TƏTBİQ EDƏCƏK
    • 29-04-2020, 17:46
    • 674

BNA yol və nəqliyyat təhlükəsizliyinin idarəetmə sistemini TƏTBİQ EDƏCƏK

Bakı Nəqliyyat Agentliyi (BNA) idarəetmə sisteminin tətbiqinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

News24.az-ın "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Agentliyin elan etdiyi tenderin qalibi "Azericert" MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 45 min manat təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, "Azericert" şirkəti tərəfindən BNA-da ISO 39001:2012 beynəlxalq standartının tələblərinə uyğun yol və nəqliyyat təhlükəsizliyinin idarəetmə sistemi tətbiq olunacaq.