Azərbaycanda nazir müavini işdən ÇIXARILDI
    • 30-04-2020, 11:19
    • 1 106

Azərbaycanda nazir müavini işdən ÇIXARILDI

Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, E.Səfərov 2016-cı ildən bu vəzifədə çalışırdı.

Xatırladaq ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev də işdən çıxarılıb. Onun yerinə isə Daşqın Hidayət oğlu Rəhimov təyinat alıb. /Report/