Həftə sonu yollarda karantin rejimini pozan 1049 nəfər cərimələndi
    • 4-05-2020, 09:58
    • 766

Həftə sonu yollarda karantin rejimini pozan 1049 nəfər cərimələndi

Ötən gün respublika ərazisində xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən News24.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.