Ramazan ayının 13-cü gününün - Duası, imsak və iftar vaxtı...
    • 6-05-2020, 20:35
    • 994

Ramazan ayının 13-cü gününün - Duası, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının 13-cü günüdür.

News24.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də Bakıda imsak saat 03:50, iftar isə saat 19:57-dədir.

Ramazan ayının 13-cü gününün duası:

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".

Tərcüməsi:

"İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, qəzavü-qədər ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!"

Allah orucunuzu qəbul etsin!