Rəsmi məzənnələr: Türk lirəsi gerilədi
    • 7-05-2020, 09:03
    • 1 265

Rəsmi məzənnələr: Türk lirəsi gerilədi

2020-ci ilin may ayının 7-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi mayın 6-sı ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, Avro/manat məzənnəsi 1.8357 manata, Rubl/manat məzənnəsi isə 0,0229 manata düşüb.

Mərkəzi Bankdan News24.az-a verilən məlumata görə, 1 Türk lirəsi isə 0,2358 manata geriləyib.

Qeyd edək ki, mayın 6-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8428 manata, 1 Rubl 0,0231 manata, 1 Türk lirəsi isə 0,2400 manata bərabər idi.