Tələbələrin yay imtahanları bu aylarda KEÇİRİLƏCƏK
    • 7-05-2020, 17:45
    • 725

Tələbələrin yay imtahanları bu aylarda KEÇİRİLƏCƏK

“Ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur”.

News24.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, hərbi çağırış dövrü nəzərə alınaraq oğlan tələbələrin yekun attestasiyası iyun ayında keçiriləcək: “Ali təhsil müəssisələrində yay imtahanları iyun-iyul aylarında keçiriləcək. İmtahanlar onlayn və ənənəvi qaydada keçirilə bilər”.

C. Bayramov əlavə edib ki, buraxılış işi tələb olunan ixtisaslarda tələbələr buraxılış işlərini onlayn, ya da ənənəvi qaydada verə biləcək: “Yaradıcı sahələrdə isə buraxılış işləri azsaylı qruplarla ənənəvi qaydada keçiriləcək”.