Sabah da YAĞIŞ YAĞACAQ
    • 8-05-2020, 13:09
    • 1 090

Sabah da YAĞIŞ YAĞACAQ

Azərbaycanda mayın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 12-14° isti, gündüz  18-23° isti olacaq.
Bakıda  gecə 12-14° isti, gündüz  20-22° isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.  

Mayın 9-da gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15°  isti olacaq.