ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr İMZALADI
    • 10-05-2020, 16:50
    • 1 052

ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr İMZALADI

Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv banklar, özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlarla növbəti dəfə qrant müqavilələri imzalayıb və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim ediblər. 

News24.az-a verilən məlumata görə, yaxın dövrdə bu proses banklar tərəfindən aktiv formada davam etdiriləcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.

Hazırda bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 18 bank qoşulub. 

Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaradır.