Rusiyadan gəlmək istəyən vətəndaşlarımızın NƏZƏRİNƏ
    • 13-05-2020, 17:39
    • 752

Rusiyadan gəlmək istəyən vətəndaşlarımızın NƏZƏRİNƏ

“Rusiyada olan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün evegedirem portalında qeydiyyatdan keçmək zəruridi. Bu günlərdə Azərbaycan ərazisindən Ruisiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi koridor yaradılıb”.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanın Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, ölkənin 1 həftə ərzində təqribən 400 vətəndaş qəbul etmək imkanı var: "Lakin daxili yoluxmanın artması bu rəqəmin dəyişməsinə təsir edə bilər. Müəyyən olunmuş qrafikə əsasən Azərbaycan vətəndaşlarının Rusiyadan gətirilməsi davam etdiriləcək. Bu günlərdə Azərbaycanda olan Rusiya vətəndaşlarının yola salınması üçün də işlər görülür”.