“Facebook”da yeni sistem TƏTBİQ EDİLDİ
    • 14-05-2020, 01:48
    • 1 344

“Facebook”da yeni sistem TƏTBİQ EDİLDİ

“Facebook”da süni intellekt sistemi tətbiq edilib.

News24.az “hightech.fm” saytına istinadən xəbər verir ki, süni intellekt “Facebook”da saxta xəbər və təhqirləri siləcək. Bu, 10 mindən 1 milyonadək postu əhatə edə bilər.

“Facebook”un bloqundakı yazıya əsasən, süni intellekt ilkin sınaqlarda “nifrətə çağıran” yazıların 88,8%-ni aşkar etməyi öyrənib. Beləliklə, sosial şəbəkənin moderatorları təxminən 9,6 milyon postu bir-bir silmək məcburiyyətində olmayıb.