“Tik-Tok”cərimələnə BİLƏR
    • 14-05-2020, 23:00
    • 1 099

“Tik-Tok”cərimələnə BİLƏR

“Tik-Tok”cərimələnə bilər.

News24.az “Reuters” agentliyini istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın bir sıra təşkilatlarının “Tik-Tok” sosial şəbəkəsindən Federal Ticarət Komissiyasına şikayət etməsi olub. Səbəb isə, sosial şəbəkənin 13 yaşdan kiçik uşaqların görüntülərini silməkdən imtina etməsidir.

Qeyd edək ki, 2019-cu ildə “Tik-Tok” internetdə uşaqların zərərli informasiyadan qorunması haqqında ABŞ qanunvericiliyini pozduğuna görə, 5,7 milyon dollar məbləğində cərimə olunub. Sözügedən qanuna əsasən, saytlar və internet xidməti ilə məşğul olan qurumlar 13 yaşına çatmamış uşaqların fərdi məlumatlarını valideynlərinin icazəsi olmadan yayımlaya bilməz.