Tereza Mey  Boris Consonun istefasından sonra təcili yeni nazirlər təyin etdi
    • 10-07-2018, 11:30
    • 1 381

Tereza Mey Boris Consonun istefasından sonra təcili yeni nazirlər təyin etdi

Dünən axşam Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun gözlənilməz istefasından sonra ölkədə vəzifəli şəxslərin istefası başlanıb.

News24.az  Rusiya KİV-lərinə istinadən xəbər verir ki, baş nazir Tereza Mey ölkədəki siyasi fiqurların yerini şahmat taxtasındakı kimi dəyişməyə başlayıb. Sabit Mədəniyyət naziri Mett Henkok  səhiyyə naziri təyin edilib.

Xarici işlər naziri olaraq Ceremi Hant təyin edilib.
Kabinet üzvlərinin yerdəyişməsinin davam edəcəyi və yeni təyinatların olacağı istisna edilmir.

İlhamə