Dünən yol qəzalarında iki nəfər ÖLÜB
    • 15-05-2020, 12:08
    • 704

Dünən yol qəzalarında iki nəfər ÖLÜB

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 24 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumaat görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.