Türkiyədə "karantin"ə alınan Pərviz:
    • 15-05-2020, 16:07
    • 2 158

Türkiyədə "karantin"ə alınan Pərviz: "Gəlməyimi gözləyirdilər, üzüldülər" - VİDEO

"Survivor" yarışmasından sonra xüsusi təyyarə ilə İstanbula gətirilən və koronavirusla bağlı 14 günlük karantinə alınan "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevdən xəbər var. 

Ötən gün Bakıya gəlməsi planlaşdırılan Pərviz Abdullayev News24.az-a açıqlama verib. O, hər gün ailəsi ilə danışdığını bildirib: "Gəlməyimi gözləyirdilər. Təyyarənin təyyarənin Bakıya uçmasına icazə verilmədi. Çox üzüldülər. Olmadı. İnşallah vətənə geri dönərik". 

P.Abdullayev həmçinin səhhəti ilə bağlı da məlumat verib. Dünya çempionu karantində hər gün hərarətinin ölçüldüyünü qeyd edib.